F-1.az xəbər verir ki, Mercedes niderlandlı sürücünün kartinq dövrlərində onu komandaya cəlb etməyə çox yaxın olub.
Toto Volff: “Ofisimə gələndə Yos və onun meneceri ilə danışırdım. Bu, Maksın kartinqdə olduğu vaxt və ya 2014-cü ildə F3-dən əvvəlki kartinq günlərinin sonuna yaxın bir dövt olmalıdır. Sonra Maks və Yos Vyanadakı evimə qonaq gələndə yenidən danışdıq. Biz bir neçə saat Maksın gələcəyini müzakirə etdik.
Maksı əldən verdiyim üçün peşmanam? Əlbəttə, amma o vaxtlar bu mümkün deyildi. Çox məmnun qaldığım iki pilotumuz var idi – Niko Rosberq və Lyuis Həmilton. 2016-cı ilin sonunda Niko ayrılanda Valtteri Bottas bizim seçimimiz idi və Maks hətta varinatlarımız arasında deyildi.”