L.Həmilton: Sözüm yoxdur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, rəqiblərinə bu qədər fərq atacaqlarını gözləmirmiş.

F-1.az xatırladır ki, Valtteri Bottas 1.02.939 zaman nəticəsi ilə Avstriyada poul qazanıb. Lyuis Həmilton isə ondan 0.012 saniyə geridə qalaraq ikinci olub. Üçüncü yerdəki Maks Ferstappen isə Mercedes sürücülərindən yarım saniyəyə qədər geridə qalıb.

Lyuis Həmilton: “Qətiliklə deyə bilərəm ki, bu fərqi gözləmirdik. Bu, bazadakı uşaqların əla işlədiyini göstərir. Valtteri məndən daha yaxşı dövrə vurdu. Deməyə söz tapmıram. Belə fərq gözləmirdik. Bu, bizim maşınımızın real sürətidir və bu tempimizi təkmilləşdirəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*