V.Bottas: Lənətli gün idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Daniel Rikkardo onun yarışını məhv edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Meksikadakı yarışa pouldan başlasa da, startda ləngiyib və üçüncü yerə geriləyib. Daha sonra isə Rikkardonun arxadan təması ilə yerində fırlanıb və sonuncu yerə geriləyib. Yekunda Bottas xalsız qalıb.

Valtteri Bottas; “Bir az lənətli gün idi. İlk döngədə Daniel mənə çırpıldı və hər şey məhv oldu. Yenə də xala albilərdik, amma pit-stopda ləngidik. Bundan başqa rəqibləri izləyərkən təkərlər və motor qızdı. Bu da böyük problem yaratdı.

Rikkardo yarışımı məhv etdi. Əminəm ki, qəzanı bilərək etmədi və onun da yarışı məhv oldu’.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*