18 Avqust 2019, Bazar - 17:45

P.Lou Ferrari-yə keçəcəyi ilə bağlı iddiaları təkzib edib

P.Lou Ferrari-yə keçəcəyi ilə bağlı iddiaları təkzib edib

Müəllif: Elçin Zodorov, redaktor

17:51 - 16 Sentyabr, 2016

Mercedes AMG komandasının texniki direktoru Sinqapur Qran Prisi ərəfəsində verdiyi açıqlamada bunun həqiqəti əks etdirmədiyini bildirib.

F-1.az xəbər vermişdi ki, Ferrari-nin Pəddi Lou ilə maraqlanması ilə bağlı iddialar var və hətta komandanın sürücüsü Sebastyan Fettel mətbuat konfransında mövzuyla bağlı suala cavab verərkən bunu inkar etməmişdi.

Pəddi Lou isə haqqında çıxan xəbərləri təkzib edib: “Ferrari ilə danışıqlar aparmamışam. Eynilə də, onlar mənimlə görüşmək üçün cəhd etməyiblər. Mercedes-də olduğum üçün xoşbəxtəm. Bu, böyük bir komandadır və böyük insanlarla işləyirəm. Toto Volffla yaxşı münasibətimiz var. Ayrılmağım üçün heç bir səbəb yoxdur”.

Qeyd edək ki, Mercedes AMG-nin texniki direktorunun mövsümün sonunda komandası ilə olan müqaviləsinin bitəcəyi, gələn ilin yayından etibarən Ferrari üçün işləyəcəyi də bildirilirdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər , ,
Paylaş

logo