Bədbin Fettel təmkinli danışıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komanda yoldaşı Kimi Rəykkönen sabah yarışı da qazana bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü komanda yoldaşından 0.161 saniyə üstün olaraq İtaliyada poul qazanıb. Lakin Fettel bu hadisədən sonra komandasına “bu barədə danışacağıq” deyib.

Sebastyan Fettel: ” Əgər pouldan başlayırsa, qalib gəlməsinə icazə veriləcək. Uzun yarış olacaq və ikimiz də qazanmaq istəyirik.

Radio danışığı hava koridoru ilə bağlı deyildi. Xoşbəxt deyiləm, amma səbəbini deməyəcəm. Hər həftə bu yerlər dəyişir. Bu dəfə hava koridorundan istifadə etmək Kiminin haqqı idi.

Düzünü desəm, yaxşı dövrə vura bilmədim. Əvvəlki dövrələrim daha yaxşı idi. İlk və ikinci şikanada və Lesmo-larda vaxt itirdim. Son sektorda güclü olsam da, mükəmməl deyildi. İkinci yerdə olduğum üçün şanslıyam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*