Ş.Lekler: Belə şəraitdə zəifəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarı quru, yarı yaş trasda özünü yaxşı hiss etmir və buna görə də performansı düşür.

F-1.az xatırladır ki, monakolu sürücü sprint yarışının sıralanma turunda 6-cı yeri tutsa da, startda 3 yer itrimiş və yarışa 9-cu yerdən aşlamışdı. O, uzun müddət Esteban Okon və Lando Norrislə mübarizə aparıb və yekunda xalsız qalıb.

Şarl Lekler: “Belə şəraitdə istədiyim performansı göstərə bilmirəm. Tras yarış yaş, yarı quru olanda bolidi hiss edə bilmirəm. Çox çətinlik çəkirəm. Bəhanəm yoxdur. Belə şəraitdə özümü təkmilləşdirməliyəm. Heyif ki, belə hava şəraiti həmişə önümüzə çıxmır. Ya bir dəfə önümüzə çıxır ya da mövsümbpyu heç olmur.

Amma artıq üçüncü dəfəfir ki, belə hal baş verir və bu mənə təsir edir. Bunun üzərində işləyirik. Ancaq belə görünür ki, həmişə səhv işlər görürük. Belə olan halda isə maşına olan inamımız itir və tempimiz düşür. İndi növbəti yarışları düşünürəm. Ümid edirəm ki, bu gün yaxşı performans göstərərəm”.

Şarl Lekler ümid edir ki, bugünkü əsas yarış quru havada keçər: “Tamamilə quru yarış olmasını ümid edirəm, çünki cümə günü quru havada tempimiz yaxşı idi. Hər şey özümüzə inanmaq və limitlərdə sürməkdən asılıdır. Görək nə edirik, amma cümə günü quru havada maşını daha yaxşı hiss edirdik.

Red Bull-la tempimizin eyni olduğunu düşünmürəm, amma fürsətim varkən bəxtimi sınayacağam. Komanda ilə birlikdə nəyi daha yaxşı edəcəyimizə baxacağıq. Cümə gününü ən yaxşı formada keçirə bilmədik və buna görə hər şeyi nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, Şarl Lekler bugünkü əsas yarışa ikinci yerdən başlayacaq. O, keçən il də buradakı yarışa ikinci yerdən başlamış və qalib gəlmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*