23 Oktyabr 2019, Çərşənbə - 15:05

K.Rəykkönen təkərlər görə narahatdır

K.Rəykkönen təkərlər görə narahatdır

Müəllif: Rauf Hacıyev, redaktor

07:55 - 29 May, 2016

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen Ferrari-nin sıralanma turunda yaşadığı təkər probleminin yarışda da davam etməsindən qorxur…

F-1.az xatırladır ki, sonuncu sərbəst yürüşlərdə yüksəlişə keçən Ferrari, sıralanma turunda yenə də rəqiblərindən geri qalıb. Red Bull və Mercedes komandaları Ferrari-dən qat-qat sürətli olublar.

Kimi Rəykkönen: “Biz ancaq UltraSoft təkərlərlə sürdük. Testlərdə bu təkərlərlə işləməyin çox asan olacağını bilirdik və işləməli idik. Ancaq, sözün açığı, bu təkərləri işlətməkdə çətinlik çəkdik. Buna görə də asfaltla ilişmə zəif idi.

Digər təkərlərin birdən-birə yaxşı işləməsini gözləmirəm.

Əlimizdən gələnin ən yaxşısını edəcəyik və nələr olacağına baxacayıq. Amma ümid edirəm ki, yarışda bol xaos olar və bu bizim işimizə yarıyar. Nələrin baş verəcəyini bilməzsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər ,
Paylaş

logo