K.Sayns: Deməyə söz tapmıram

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, mühərrik probleminə görə qələbə dublu əllərindən gedib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinciliyə doğru gedərkən motoru dayanıb və bolidi od tutub yanıb. Maşından son anda düşən sayns isə ciddi yaralanmadan qurtulub.

Karlos Sayns: “Motorda belə hal olacağı ilə bağlı işarə yox idi. Birdən oldu və söz tapmıram, çünki çox xal itirdik və komanda üçün əla nəticə qazana bilərdik. Məncə, qələbə dublu mümkün idi.

Boliddə zədə var və bu yaxşı deyil. Tempimiz yaxşı idi və təkərlərimiz də gec yeyilirdi. Bunu qəbul edəcəm və özümə yeni səhifə açacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*