19 Avqust 2019, Bazar ertəsi - 00:16

Sauber Honda mühərriyinə keçir?

Sauber Honda mühərriyinə keçir?

Müəllif: Rauf Hacıyev, redaktor

17:26 - 18 Yanvar, 2017

2018-ci ildə ikinci komandanı mühərriklə təmin etmək istəyən Honda-nın yeni müştərisi deyəsən Sauber olacaq…

F-1.az xatırladır ki, Sauber komandası uzun illərdir ki, Ferrari-dən mühərrik alır. Amma italyanların Haas komandasına da mühərrik verməsi tərəflər arasında söz-söhbət yaradıb.

Bu il Ferrari-nin keçənilki mühərriyi ilə yarışmağa hazırlaşan Sauber-in gələn il üçün yeni istehsalçı axtardığı iddia edilir. Paskal Verlyaynın transferi ilə Mercedes və Sauber arasındakı münasibət yaxşılaşsa da, isveçrəlilərin Honda mühərriyinə keçəcəyi düşünülür.

Honda Motorsport-un rəhbəri Yasuke Haseqava 2018-ci ildə ikinci komandanı mühərriklə təmin edə biləcəklərini demiş və bəzi komandalara açıq qapı qoymuşdu. Yaponiyalı rəhbər əlavə etmişdi ki, Mercedes-in bəzi müştəriləri Honda mühərriyinə keçmək istəyir, amma ad çəkməmişdi.

Bəzi resursların xəbərlərinə əsasən, Honda mühərriyinə keçmək istəyən yeganə komanda Sauber-dir və iki tərəf arasındakı danışıqlar davam edir. Əgər isveçrəlilər bu danışıqlardan müsbət cavab ala bilməsələr, onlar FİA-dan mühərrik təminatçısı tapmasını xahiş edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 292
Teqlər , , , , ,
Paylaş

logo