T.Volff: 0.2-0.3 saniyə lazımdır

Mercedes Motorport-un rəhbəri Toto Volff bildirib ki, hələ də 0.2-0.3 saniyə vaxta ehtiyacları var.

F-1.az xatırladır ki, Mercedes mövsümə arzuolunan səviyyədə başlamayıb və hələ də qələbələri yoxdur. Son 8 ilin çempionları son yarışlarda sürətlənsələr də, Ferrari və Red Bull-un səviyyəsinə çatmayıblar.

Toto Volff: “Avstriyada 3-cü və 4-cü yer yaxşı nəticə idi. Ancaq hələ də 0.2-0.3 saniyə geridəyik. Ümumilikdə isə maşının yarış tempi yaxşıdır. Lakin çempionluq uğrunda mübarizə aparmağa bəs eləmir.

Məncə, dalğalanma problemini həll etdik. Hazırda da Bakı və Monakoda sürətli olmazdıq, amma o traslarda yaşadığımız problemləri indi yaşamazdıq.

Biz heç vaxt Red Bull Rinqdə sürətli olmamışıq. Son 8 ildə güclü olanda belə orada çətinlik çəkirdik. Buna görə də həftəsonundan razıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*