F.Briatore: Mercedes Rasseli uduzdurdu

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Mercedes son yarış olan Saxirdə Corc Rasselin yarışını məhv edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışda birinci yerdə getsə də, Mercedes ardıcıl və xətalı pit-stoplara görə finişə 9-cu yerdə çata bilib.

Flavio Briatore: “Saxir yarışında heç kimin tanımadığı performansını gördük. Mercedes yarışını məhv etməsəydi, qalib gələcəkdi. Komanda səhvlər etdi. Qalib gəlməsin deyə hər şey etdilər. Xoş niyyətlə ola bilər, amma yarışını məhv etdilər. Əks halda qazanardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*