Rəsmən: Vesti Mercedes sürəcək

Mercedes Sürücü Akademiyasının üzvü Frederik Vesti mövsümün sonunda Əbu Dabidə Mercedes ilə testlərə qatıalcaq.

F-1.az xatırladır ki, Vesti 2021-ci ildə Mercedes-in sürücü proqramına qatılıb və bu il Formula2-də debüt edib. Danimarkal pilot Formula2-dəki debüt mövsümündə Bakıda ilk qələbə qazanıb.

Mercedes komandası bu il Nik de Vrizi gənc sürücü kimi iki dəfə sərbəst yürüşlərdə sınamışdı. Lakin niderlandlı pilot artıq Alpha Tauri-yə transfer olunub və Əbu Dabidəki testlərdə yeni komandasının sükanı arxasına keçəcək. Buna görə də “gümüşü oxlar” 20 yaşlı Vestini sükan arxasına keçirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*