Oskar Piastri: İlk üçlüyə qayıtdığıma görə çox şadam

Oskar Piastri Bakıda mövsümdəki ən yaxşı nəticəsini təkrarlayaraq üçüncü yeri tutub. McLaren sürücüsü sessiyanın yekunlarından razı qalıb, çünki məşqlərdən sonra belə nəticə gözləmirmiş.

Oskar Piastri: “Yaxşı dövrə alındı – sıralanma turunda sürətimizi artıra bildik. Bu, bu mövsüm ilk dəfə baş vermir.

Məşqlərdə geridə qalan tərəf biz idik, amma sıralanma turunda sürət artıra bildik. Əslində, final sessiyasında ilk cəhdimizdən sonra mən və Lando birinci və ikinci yerdə olanda buna kifayət qədər təəccübləndim. Amma təəssüf ki, Corca qarşı heç nə ortaya qoya bilmədik.

Uik-endin gedişindən razıyam. Bu trasda heç vaxt asan olmur, xüsusən də bu günkü kimi güclü külək əsəndə. Amma ilk üçlüyə qayıtdığıma görə çox şadam”.