O.Piastri McLaren-in bazasında gedib

Oskar Piastri növbəti mövsüm Formula1-də debüt etməyə hazırlaşır. Bir gün əvvəl avstraliyalı sürücü Barselonada McLaren MCL35M-i sürərək xüsusi testlərdə iştirak edib.

F-1.az bildirir ki, Oskar dünən McLaren-in bazasına baş çəkib.Komandanın mətbuat xidməti bildirib ki, bu, Piastrinin bazaya ilk səfəridir. Sürücüyə ekskursiya təşkil edilib, McLaren yarış və yol maşınlarının kolleksiyası nümayiş etdirilib və kollektivə təqdim edilib.

İrəlidə Piastri simulyator üzərində çox iş görəcək və 2023-cü il maşını üçün oturacaq sazlanması edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*