O.Piastri Williams-a keçir?

Paddokda gəzən söz-söhbətlərə görə Williams komandası Oskar Piastri ilə maraqlanır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il Formula2 çempionatının qalibi olub. Bundan sonra Alpine komandası onu test və ehtiyat sürücü kimi işə götürüb. Lakin gənc istedad yarışmaq istəyir. Alpine komandası da geri qayıtmaq şərti ilə onu başqa komandada yarışdırmağa hazırdır.

Bəzi söz-söhbətlərə görə Alpine gənc sürücünü Williams komandasına icarəyə verməyə razıdır. Bu alınsa, Piastri təcrübə qazanacaq və daha güclü olacaq.

Ancaq bu, asan olmayacaq, çünki Williams-da Elbon yaxşı performans göstərir. Latifi zəif olsa da, yaxşı sponsorları var.

Ted Kravits: “Paddokdakı son çıxan dedi-qodulara görə Williams Piastrini gətirmək istəyir. Bu, gələn il baş verə bilər. Son dəfə demişdim ki, Piastri Aston Martin-ə keçə bilər, ancaq yanılmışam. Onun hazırsa Williams-a keçməyi daha real görünür. Bilmirəm Aleksi yoxsa Nikolası əvəz edəcək. Lakin mövsüm ərzində bunu izləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*