L.Norris: Piastri və Rikkardo əks insanlardır

McLaren komandasın sürücüsü Lando Norris bildirib ki, Oskar Piastri ilə Daniel Rikkardo əks xarakterli insanlardır.

F-1.az xatırladır ki, Piastri bu il McLaren komandasında yerlisi Daniel Rikkardonu əvəz edib.

Lando Norris: “Oskar Danieldən 10-11 yaş kiçik olsa da, az danışır. O, Danielə əks insandır. Təbii ki, Formula1-dəki ilk mövsümüdür və buna görə üzərində təzyiq var.

Karyerasının ilk yarışı onun üçün xüsusi olacaq və buna görə də bəhreyn Qran Prisini səbirsizliklə gözləyir. Komanda üçün əla iş görür və vacib dövrələr vurur. Faydalı geri bildirimlər verir. Çox yaxşı insandır və yaxşı yola gedirik. Onunla işləməyi səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*