21 Aprel 2019, Bazar - 05:07

D.Rikakrdo: “Renault-nun yeni mühərriyi cəsarət verir”

D.Rikakrdo: “Renault-nun yeni mühərriyi cəsarət verir”

Müəllif: Rauf Hacıyev, redaktor

18:01 - 27 Yanvar, 2019

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, “sarılar”-ın yeni mühərriyinin səsi cəsarətvericidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il gözlənilmədən Red Bull komandasından ayrılaraq Renault-ya keçib.

Renault komandasının yeni texniki direktoru Marçin Budkovski də bildirib ki, üçillik yenidənqurma işlərindən sonra artıq hücum rejiminə keçiblər.

Daniel Rikkardo: “Sözün açığı, bu hal cəsarətvericidir. Müqavilə bağlayanda bilirdim ki, çox işləməliyəm. Lakin burada hamı var qüvvəsi ilə işləyir və növbəti iki mövsüm üçün şöbələri böyüdürlər.

2019-cu il bolidi tamamilə yenidir və hər şeyə sıfırdan başlayacağıq. Amma əsas odur ki, bolidin içinə girib əlimdən gələni edim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 114
Teqlər ,
Paylaş

logo