D.Rikkardo: “Uzunmüddətli müqavilə istəmirəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Formula1-in gələcəyini görmək üçün ikiillik müqavilə istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün Red Bull-la müqaviləsi ilin sonunda başa çatacaq. Amma “şirin porsuq” ləqəbli sürücü yeni müqavilə bağlamağa tələsmir.

Daniel Rikkardo: “Uzunmüddətli müqavilə istəmirəm. Çünki idmanın gələcəkdə necə olacağını bilmirəm. Ən yaxşısı ikiillik müqavilədir. İki il müqavilə imzalasam, rahat olaram. Sonra isə gələcək barədə düşünərəm. 2021-ci ildə reqlament dəyişəcək və görək necə olacaq. Dördillik müqavilə bağlayıb, sonra “yox, burada yarışmaq istəmirəm” demək yersizdir. Həyat sürətlə gedir. Hər il bir şey dəyişir.

Mercedes və Ferrari Çindəki qələbədən sonra müqavilə üçün mənə yaxınlaşmadılar. Mənimlə yarışmaq istəyirlərsə, zəng etsinlər. Amma etmədilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*