Bortoleto: Mövsümdən razıyam, amma daha artığını istəyirəm

Azərbaycan Qran Prisinə Audi komandası aerodinamik yeniliklər gətirib. Qabriel Bortoleto ümid edir ki, maşındakı yeniləmələr irəliləyişə kömək edəcək, hərçənd etiraf edib ki, şəhər trasında onların effekti o qədər də nəzərə çarpmayacaq.

Qabriel Bortoleto: “Düşünürəm ki, hazırda komanda yaxşı vəziyyətdədir. Son vaxtlar biz mütəmadi olaraq xallar uğrunda mübarizə aparmışıq, demək olar ki, hər yarış bizim üçün kifayət qədər yaxşı alınıb. Bundan başqa, bu həftəsonu bizim texniki yeniliklərimiz olacaq.

Mənə maraqlıdır ki, onlar necə işləyəcək. Ümumilikdə mövsümümün gedişindən razıyam, amma əlbəttə, biz daha çoxunu istəyirik, irəliləyişə ehtiyacımız var və məhz bu istiqamətdə hərəkət edirik.

Bakıda döngəlarla müqayisədə düzlükdə sürətə daha çox diqqət yetirmək lazım gəlib. Ola bilsin, məhz bu trasda yeniliklərin effekti o qədər də nəzərəçarpan olmayacaq, amma onlar yenə də irəliləməyə imkan verəcək. Söhbət mühərrikin yenilənməsindən yox, aerodinamik yeniliklərdən gedir.

Əvvəlcədən demək çətindir ki, biz dəqiq nə qədər irəliləmiş olacağıq. Bu, yalnız trasa çıxdıqdan sonra aydın olacaq”.