Bortoleto: Məqsədimiz sprintdə xallar uğrunda mübarizə aparmaqdır

Zandfortda sprintin sıralanma turunda Audi üçün ən yaxşı nəticəni Qabriel Bortoleto göstərib - o, doqquzuncu yeri tutub. Onun komanda yoldaşı Niko Hülkenberq isə on dördüncü nəticə ilə finala yüksələ bilməyib.

Qabriel Bortoleto: “Yay fasiləsindən dərhal sonra yüksək nəticə göstərmək əladır, amma anlayırıq ki, bu, həftəsonunun hələ yalnız başlanğıcıdır. Birinci məşq ümidverici alındı və sazlamalarda kiçik düzəlişdən sonra sprint üçün sıralanma turunda daha bir addım irəli atdıq.

Hələ üzərində işləməli olduğumuz məqamlar var, üstəlik birbaşa rəqiblərimiz də yerində saymır. Bundan başqa, Zandfortda hava çox tez dəyişə bilər.

Sprintə doqquzuncu yerdən başladığım üçün məqsədimiz xallar uğrunda mübarizə aparmaqdır. Qarşıda ciddi mübarizə var, amma şanslarımızı nikbin qiymətləndirirəm”.