Mattia Binotto Audi-nin 2027-ci il üçün heyətini təsdiqləyib

Audi-nin rəhbəri Mattia Binotto Bakıda FİA-nın mətbuat konfransında komandanın növbəti mövsüm üçün heyətini təsdiqləyib. 2027-ci ildə Almaniya konserninin zavod komandasında Niko Hülkenberq və Qabriel Bortoleto çıxışlarını davam etdirəcəklər.

Mattia Binotto: “Biz növbəti mövsüm üçün heyəti müzakirə etməmişik, çünki sürücülərimizin müqavilələri var və bilirik ki, 2027-ci ildə dəyişiklik olmayacaq. Üstəlik, sürücülərimizin sürəti bizi tam qane edir.

Komanda gələn il üçün heyətlə bağlı rəsmi açıqlama verməyib, çünki buna sadəcə ehtiyac yoxdur. Heyətimiz təsdiqlənib və sürücülərimizdən razıyıq”.

, , ,