Qabriel Bortoleto: Gələcəyim Audi ilə bağlıdır

Qabriel Bortoleto komanda yoldaşı Niko Hülkenberqdən sonra 2027-ci ildə də Audi-də çıxış edəcəyini təsdiqləyib. Braziliyalı sürücü Almaniyanın Sky Sports kanalının efirdə bildirib ki, onun Hinvil komandası ilə uzunmüddətli müqaviləsi var.

Qabriel Bortoleto: “Gələcəyim Audi ilə bağlıdır. Demək olar ki, bu məsələ artıq həll olunub. Mən illərdir komanda ilə əməkdaşlıq edirəm.

Mən müqavilənin müddəti barədə dəqiq deyə bilmərəm. Əgər Audi bu məlumatı ictimaiyyətə açıqlamaq istəsə, bu onların qərarı olacaq. Bu məsələ məni heç narahat etmir.

Təkcə onu deyə bilərəm ki, qarşıda uzun bir yol var. Ümid edirəm ki, birlikdə qələbələrə və əhəmiyyətli uğurlara nail olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*