Ceyms Vaulz: “Mən çox razıyam. İlin əvvəlində hər şey alınmırdı, amma biz təslim olmadıq, özümüzü toparladıq və öhdəsindən gəldik. Nəticədə maşınımızın ilk onluqda sıralanma turu keçə bildiyini görmək xoşdur.
Bəli, hələlik bu yalnız bir trasda baş verib, maşının başqa mərhələlərdə üzə çıxacaq bəzi zəif cəhətləri var, amma əməyimizin bəhrə verdiyini görmək məni sevindirir. Bu, düzgün istiqamətdə atılmış addımdır və maşını inkişaf etdirməyə qadir olduğumuzu sübut edir.
Yarışdan danışsaq, təhlükəsizlik avtomobili və səhvlər olmasaydı, bir pit-stop da kifayət edərdi. Amma bura Bakıdır, burada hər şey baş verə bilər. Görək hər şey necə alınacaq”.





