C.Vavls: Keçənilki bolidi anlaya bilmirik

Mercedes komandasının baş strateqi Ceyms Vavls bildirib ki, keçənilki bolidləri W13-ü hələ də anlamayıblar.

F-1.az xatırladır ki, Mercedes 2022-ci ildə Red Bull və Mercedes-in gerisində qalıb. “Gümüşü oxlar” bəzi yarışlarda güclü görünsələr də, bəzilərində Red Bull və Ferrari-dən dövr başına 1 saniyəyə qədər geri qalıblar.

Ceyms Vavls: “Hazırda W13-ü anlaya bilmirik və qış tətilindən sonra da anlaya bilməyəcəyik. Mövsüm ərzində enişli-çıxışlı anlarımız oldu. Bəzi şeyləri anladığımızı düşünsək də, sonra gördük ki, anlamamışıq.

Ancaq yarış tempində rəqiblərimizə yaxınlaşdıq. Bunu problemləri anlayanda və komanda kimi işləyəndə edə bilərsiniz”.

,