T.Volff Ceymsə təşəkkür edib

Mercedes komandasının rəhbəri Toto Volff uzun müddət birlikdə işlədiyi Ceyms Vavlsa təşəkkür edib.

F-1.az xatırladır ki, Ceyms Mercedes-dən ayrılaraq, Williams komandasına rəhbər gedib. O, fevralın 20-də yeni işinə başlayacaq.

Toto Volff: “Ceyms baş strateq olaraq komandamızın çox dəyərli üzvü oldu. Son illərdəki uğurlarımızda böyük rolu var idi. 2013-cü ildən Mercedes-də idim və o vaxtdan onunla işləyirəm. Onun bacarığına, əzminə və istedadına bələdəm.

Onunla sağollaşdığımız üçün məyusam. Williams-a getidiyi üçün isə sevinirəm. Williams-ı özümə yaxın hiss edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*