T.Volff: “Lekler Ferrari-də tarazlığı pozacaq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Şarl Lekler gələn il Fettelə başağrısı olacaq.

F-1.az xatırladır ki, monakolu sürücü gələn il Skuderiyada Kimi Rəykköneni əvəz edəcək. Fettel finlandiyalı sürücü ilə yaxşı yola gedirdi. Amma bu iki sürücü “qırmızılar”a çempionluq gətirə bilmədi. Ferrari radikal addım ataraq birillik təcrübəsi olan Lekleri 39 yaşlı Rəykkönenin yerinə gətirib.

Toto Volff: “Şarl mükəmməl sürücüdür və istedadlıdır. Fettel kimi bir sürücüylə komanda yoldaşı olması Ferrari üçün əladır. Amma onun gəlişi komandaya mənfi təsir edə bilər. İndi tamamilə yeni sürücüylə yarışacaqlar. Bu, fərqli münasibətdir. Rəykkönen siyasi adam deyildi. Sebastyanla çox yaxın idilər. Komandaya stabillik gətirmişdi. İndi yeni dövr başlayır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*