Monako-2022: Sıralanma turu

Monakoda demək olar ki, hər şey sıralanma turundan, sıralanma turunda da hər şey asfaltayatma qüvvəsindən asılıdır. Bu ildən maşınlarda olan"qround effekt" burada sazlanma tapmaq məsələsində çoxlarına çətinlik yaradıb.

F-1.az xatırladır ki, dünənki hər iki məşqdə Şarl Lekler Protokollara başçılıq etsə də, bugünkü sərbəst yürüşlərin ən sürətlisi Serxio Peres olub.

Startdan əvvəl səmanı buludlar örtüb, tras sürətlə soyuyub və asfaltla ilişmə azalıb. Sessiya məşqlərdən daha sərin havada başlayıb, sabahkı yarışda temperaturun daha da düşəcəyi, hətta yağış yağacağı gözlənilir.

İlk Sessiyada sürücülər ardıcıl dövrələrlə təkərləri qızdırmağa çalışıblar. Tıxac da əsas problemlərdən biri olub. Sona 2 dəqiqə, 25 saniyə qalmış qırmızı bayraqlar peyda olub – Tsunoda tuneldən sonrakı döngədə divarla toqquşub və təkəri partlayıb. Qısa fasilədən sonra sürücülər trasa qayıdıblar və sıxlıq olub. Ferrari və Red Bull sürücüləri ilə yanaşı, Rassell də ikinci cəhdindən imtina edib. Ən yaxşı nəticəni 1:12.569 ilə Lekler göstərib. Çjou, Latifi, Stroll, Qasli və Elbon mübarizəni dayandırıb.

İkinci Sessiyada sürücülərin çoxu işlənmiş təkərlə çıxaraq təzə dəsti ikinci cəhd üçün saxlayıb. Lekler 1:11.864-lik nəticə ilə həftəsonu ərzində 72 saniyənin altına enən ilk sürücü olub. Perez ona cüzi uduzsa da, digərləri ilə fərq kifayət qədər böyük olub. Şumaxer, Rikkardo, Maqnussen, Bottas və Tsunoda ilk onluğa düşə bilməyib.

Son sessiyada Şarl Lekler ilk cəhdində fantastik nəticə göstərib – 1:11.376. Red Bull-dan olan rəqibləri ona kifayət qədər uduzublar. Rassellin nəticəsi döngəni kəsdiyi üçün ləğv edilib. İkinci cəhddə Lekler və Ferstappen daha yaxşı nəticə ilə getsələr də, qırmızı bayraqlar onlara mane olub. Sayns tunelin girişindən əvvəlki döngədə qəza edib, Sayns da maşını saxlaya bilməyərək onunla toqquşub və yol tamamilə bağlanıb. Elə bu vaxt Alonso da 5-ci döngənin çıxışında qəza edib. Sona 30 saniyə qaldığından, sessiya bərpa edilməyib.

Şarl Lekler mövsümdə beşinci, karyerasında isə 14-cü pouluna sevinib. Karlos Sayns ikinci yeri tutaraq Ferrari-nin bu il ikinci dəfə ilk cərgədən başlamasına şərait yaradıb. İkinci cərgə isə Serxio Peres və Maks Ferstappen tərəfindən zəbt edilib. Onların arxasından isə Lando Noris və Corc Rassell start alacaqlar.

Sabah yağış ehtimalı var, odur ki, bizi çox xaotik və maraqlı Monako Qran Prisi gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 1 1:12.569 9 1 1:11.864 9 1:11.376 6
2 55 Karlos Sayns Ferrari 2 1:12.616 9 3 1:12.074 11 1:11.601 5
3 11 Serxio Peres Red Bull 7 1:13.004 9 2 1:11.954 9 1:11.629 7
4 1 Maks Ferstappen Red Bull 6 1:12.993 9 4 1:12.117 9 1:11.666 7
5 4 Lando Norris McLaren 5 1:12.927 12 5 1:12.266 8 1:11.849 7
6 63 Corc Rassell Mercedes 3 1:12.787 11 9 1:12.617 9 1:12.112 7
7 14 Fernando Alonso Alpine 12 1:13.394 11 10 1:12.688 6 1:12.247 5
8 44 Lyuis Həmilton Mercedes 13 1:13.444 12 7 1:12.595 10 1:12.560 7
9 5 Sebastyan Fettel Aston Martin 10 1:13.313 12 8 1:12.613 9 1:12.732 7
10 31 Esteban Okon Alpine 4 1:12.848 11 6 1:12.528 6 1:13.047 5
11 22 Yuki Tsunoda AlphaTauri 9 1:13.110 10 11 1:12.797 10
12 77 Valtteri Bottas Alfa Romeo 15 1:13.541 9 12 1:12.909 8
13 20 Kevin Maqnussen Haas 8 1:13.069 11 13 1:12.921 9
14 3 Daniel Rikkardo McLaren 11 1:13.338 12 14 1:12.964 9
15 47 Mik Şumaxer Haas 14 1:13.469 10 15 1:13.081 7
16 23 Aleksander Elbon Williams 16 1:13.611 14
17 10 Pyer Qasli AlphaTauri 17 1:13.660 10
18 18 Ləns Stroll Aston Martin 18 1:13.678 11
19 6 Nikolas Latifi Williams 19 1:14.403 13
20 24 Quanyu Çjou Alfa Romeo 20 1:15.606 9
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*