22 Sentyabr 2019, Bazar - 18:28

Pirelli Monako Qran Prisi üçün təkər seçimini elan edib

Pirelli Monako Qran Prisi üçün təkər seçimini elan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:08 - 22 Mart, 2018

Çempionatın yeganə təkər təchizatçısı Monako yarışı üçün təkər seçimini elan edib. Knyazlığın dar küçələrində sürücülər mövsümdə ilk dəfə ən yumşaq HyperSoft tərkibini yoxlayacaqlar.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

İtalyanlar Monakoya ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft tərkiblərini gətirəcəklər, ilk iki tərkib məcburi elan edilib, yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.

Qeyd edək ki, eyni tərkiblər iki həftə sonra Kanadada da istifadə olunacaqlar…

Mərhələ / TərkiblərSuperHardHardMediumSoftSuperSoftUltraSoftHyperSoft
Markalanma rəngiNarıncıMaviSarıQırmızıBənövşəyiÇəhrayı
Avstraliya Qran PrisiSoftSuperSoftUltraSoft
Bəhreyn Qran PrisiMediumSoftSuperSoft
Çin Qran PrisiMediumSoftUltraSoft
Azərbaycan Qran PrisiSoftSuperSoftUltraSoft
İspaniya Qran PrisiMediumSoft SuperSoft
Monako Qran Prisi SuperSoftUltraSoftHyperSoft
Kanada Qran PrisiSuperSoftUltraSoftHyperSoft

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 319
Teqlər ,
Paylaş

logo