N.Mazepin: Monako mənə uyğundur

Haas komandasının sürücüsü Nikita Mazepin bildirib ki, Monako trası ona uyğundur.

F-1.az xatırladır ki, rusiyalı sürücü mövsümün ilk 4 yarışında outsayder olub və yerində fırlanmaları ilə yadda qalıb.

Nikita Mazepin: “Monako yarışı sürdüyünüz boliddən asılı olmayaraq, həmişə xüsusidir. Şəhər müvəqqəti trasa dönüşür. Sonra yenidən şəhər həyatı qayıdır. Bu, çox xüsusidir. Burada Formula1 bolidi sürmək fantastikdir. Həm də çətindir.

Lyuislə Ferstappenin 2019-cu ildəki mübarizəsini xatırlayıram. Lyuisin təkərləri demək olar ki, təmiz yeyilmişdi. Buna baxmayaraq, qalib gəldi. O vaxt trasda idim və hər şeyi çox yaxından görmüşdüm. Unudulmaz anlar idi.

Formula2-də yarışarkən Monakoda gözəl xatirələrim olub. Keçən il burada yarışmadığımız üçün məyusam. Bu tras mənə uyğundur. Mühəndislər burada sıralnam turuna fokuslanırlar. Burada yarışa öndən başlamaq çox vacibdir. Ötmə etmək çox çətindir. Burada səhv etməyin cəzası ağırdır. Buna baxmayaraq, mübarizəyə hazıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*