13 Noyabr 2019, Çərşənbə - 03:07

R.Braun: “Ferrari-nin şansı var”

R.Braun: “Ferrari-nin şansı var”

Müəllif: Rauf Hacıyev, redaktor

14:00 - 29 Aprel, 2019

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari-nin geri qayıtmaq üçün hələ də şansları var.

F-1.az xatırladır ki, Mercedes ilk 4 yarışda qələbə dublu etdiyi halda, Ferrari 3 dəfə podiuma yüksələ bilib. “Qırmızılar” hazırda lider Mercedes-dən 74 xal geridə qalırlar.

Şarl Lekler Bakıda sıralanma turunun ikinci sessiyasında qəza etmiş və əksəriyyət bu qəzanın səbəbinin Medium təkərlər olduğunu düşünmüşdü.

Ross Braun: “İkinci sessiyada trasa Medium təkərlərlə çıxmaq doğru qərar idi. Çünki Mercedes cümə günü Soft təkərlərlə yarış performansında güclü idi. Şarl son sessiyasa Mercedes-ləri qabaqlasaydı, daha sonra yarışda onları məğlub edə bilərdilər. Yarışa yaxşı başlasa da, 5-ci ola bildi. Ən sürətli dövrəyə görə qazandığı əlavə 1 xal inanmıram ki, onu xoşbəxt etsin. Amma gələcəyi parlaq görünür.

İlk yarışlar Bakıda sona çatdı. Artıq çempionluq uğrunda iki komandanın olduğu açıq-aşkar görünür. Mercedes ardıcıl 4 qələbə dublu etsə də, Ferrari-nin hələ də şansı var. İki Mercedes sürücüsü arasında da qızğın mübarizə davam edir. Hazırda onları bir xal ayırır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 146
Teqlər , , , , ,
Paylaş

logo