12 Dekabr 2018, Çərşənbə - 10:06

S.Fettel: “Son dövrəm əfsanəvi idi”

S.Fettel: “Son dövrəm əfsanəvi idi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:48 - 07 Aprel, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, sıralanma turunun son sessiyasında qüsursuz bir dövrə ilə poul qazana bilib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyndə 51-ci pouluu qazanıb və beləliklə, 4 qat Dünya Çempionu karyerasının 200-cü yarışına birinci yerdən başlayacaq.

Sebastyan Fettel: “Gərgin sıralanma turu idi. Son sessiyamdakı ilk dövrəmdən razı deyildim. Amma son cəhdimdə əla iş gördüm. Son döngədə porebrikdən uzaq durmalı idik və bacardım. Sonra rəqiblərimin nəticələrini gözlədim. Məndən başqa heç kim təmiz dövrə vura bilmədi və birinci oldum. Bolid yeniliklərə yaxşı cavab verdi və əziyyət çəkmədik. Balans yaxşı idi və Avstraliyada bu cəhətdən zəif idik. Dünən və bu gün inkişaf etdik. Hazırda özümü əla hiss edirəm. Sabah bizi fərqli hekayə gözləyir. Uzun yarış olacaq və təkərlərin necə işləyəcəyi vacibdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 143
Teqlər , , , ,
Paylaş

logo