M.Uebber: “Rikkardo özünə gələcək”

Sabiq Formula1 sürücüsü Mark Uebber avtobioqrafiyasının təqdimetmə mərasimində Formula1 barədə verilən sualları cavablandırıb.

F-1.az bildirir ki, Uebber bu tədbirdə xüsusilə yerlisi Daniel Rikkardo və Ferrari barədə danışıb: “Rikkardo göstərdiyi performansa görə zirvədədir və bundan artığını edə bilməz. Onun başına gələnlər oyunun bir parçasıdır və bu cür hadisələr həmişə olur. Bəzən çətin olsa da, bunu qəbul etmək lazımdır. Əlindən gələni etdiyi bir neçə həftəsonu oldu.

Bəzən sürücülər əllərindən gələni etdiyində, bunu qəbul etmələri çətin olur və layiq olduğunuz nəticəni ala bilmədiyinizdə məyusluq yaşayırsınız. Ancaq o yenidən özünə gələcək.

Bu il ən çox məyusluq yaşadan komanda Ferrari-dir. Onlar gözləntiləri qarşılaya bilmədilər, ancaq mən güman edirəm ki, Ferrari-nin mövsümü Kanadadan etibarən başlayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*