T.Volff: Günah Bottasdadır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottasın Monakoda təkər problemi elə sürücünün öz günahıdır.

F-1.az xatırladır ki, finalandiyalı sürücü yarışda ikinci gedərkən, 30-cu dövrədə pitə gəlmiş, amma sağ ön təkərini çıxarmaq mümkün olmamışdı. Buna görə də Bottas bu mövsüm ikinci dəfə mübarizəni dayandırmalı olmuşdu.

Mercedes komandası yarışdan sonra da təkəri yerindən çıxara bilməyib və bolid yenidən Britaniyadakı bazaya göndərilib.

Toto Volff: “Valtterinin səhvi var. Bolidi səhv yerdə saxladı. Mexanik isə qayka açanı səhv bucaqda istifadə etdi. Belə olan halda qaykanın dişləri yeyildi və düzləşdi. Belə olan halda onu çıxara bilmədik. Növbəti yarışlarda bu hadisənin yaşanmasını istəmirik. Buna görə də təkərdəki qaykanın və qayka açanın materialını yoxlayacağıq. Tapanca qaykanı təmiz düzləşdirmişdi. Belə şeylə daha əvvəl rastlaşmamışdım. Valtteri bizə uçan metal qırıntılarını gördüyünü dedi.

Təkər hələ də bolidin üstündədir. Ferrari yarışdan sonra təkəri çıxarmağa bizə kömək etdi, ancaq alınmadı. Bolidi bazaya göndərdik. Bunun səbəbini bilməliyik. Mexanikin günahı deyil. O, bizim ən sürətli mexaniklərimizdən biridir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*