T.Volff: İkincilik üçün əla şansımız var

F-1.az xəbər verir ki, Əbu-Dabidə həftəsonu başlamazdan əvvəl Mercedes komandasının rəhbəri son mərhələnin nəticələrinə yekun vurub və qarşıdan gələn yarış barədə danışıb.

Toto Volff: “Braziliyadakı qələbə dublu xüsusən də bu mövsüm yaşadığımız problemləri və onlarla necə məşğul olduğumuzu nəzərə alsaq, komandamız üçün inanılmaz nəticə oldu. Mövsümün ilk qələbəsi bütün əməkdaşlarımızın gərgin əməyinin, fədakarlığının və əzmkarlığının nəticəsi oldu. Biz heç vaxt inanmaqdan əl çəkmədik və işləməyə davam etdik. Komandamızla fəxr edirəm!

Corc bütün həftə sonu rahat idi. O, qüsursuz yarış keçirdi və Formula1-də ilk qələbəsini qazandı. Biz onun üçün çox şadıq. Bu, Rassellin karyerasında xüsusi bir məqamdır və İnterlaqosdakı yarışı uzun müddət xatırlayacağıq. Lyuis də əla mübarizə apardı. Çox sürətli idi, komandaay qələbə dublu qazandırmaq üçün inanılmaz ötmələr etdi.

Trasın xarakteristikasına görə, Əbu Dabidə bu qədər rəqabətcil olacağımızı gözləmirik. Amma gözləmək lazımdır – bu il W13 bizə çoxlu sürprizlər bəxş edib. Mühəndisrlər Kubokunda ikinci yeri tutmaq üçün hələ də yaxşı şansımız var və Ferrari ilə xal fərqi bütün il ərzində olandan azdır. Ümid edirəm ki, biz bu müsbət dinamikanı davam etdirəcəyik və ili güclü nəticə ilə başa vuracağıq”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*