D.Rikkardo rahatlanıb

McLaren komandasının sürücüsü Daniel Rikkardo son yarışından xalla ayrıldığı üçün rahatlanıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 13-cü yerdən başlasa da, finişə 9-cu yerdə çatıb və McLaren-dəki son yarışından 2 xalla ayrılıb.

Daniel Rikkardo: “Mövsüm bitdiyi üçün çox sevincliyəm. Rahatlandım. Mövsümü Braziliyadakı kimi pis nəticə ilə bağlamadıq. Yarışı xalla bitirdiyim üçün çox rahatlandım.

Görək nə olur. Əgər bu karyeramın son yarışıdırsa, Fettellə mübarizə apardığım üçün sevincliyəm. Emosiyanal olmamaq üçün əlimdən gələni etdim, çünki heç nə bitməyib. Hisslərimlə və keçmişlə məşğul olmaq istəmədim. Sadəcə 58 dövrəlik yarışa fokuslandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*