McLaren və Lukoil razılığa gələ bilməyiblər

Rus mətbuatının xəbərinə əsasən McLaren və Lukoil razılaşa bilməyiblər.

F-1.az xatırladır ki, Petrobras iki həftə əvvəl McLaren-lə olan tərəfdaşlığı bitirmişdi. Rusiya mətbuatı britaniyalıların Lukoil ilə danışıqlar apardığını yazmışdı. Hətta, Lukoil-un rəhbəri Yevqeni Malinovski ilə Zek Braunun Rusiya Qran Prisində görüşdüyü də məlum olmuşdu. Lakin danışıqların müsbət nəticələnmədiyi ortaya çıxıb. Tərəflər maliyyə məsələlərinə görə razılaşmayıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*