D.Rikkardo tənqidləri qəbul edir

McLaren komandasının sürücüsü Daniel Rikkardo rəhbəri Zek Braunun tənqidlərini qəbul edir.

F-1.az xatırladır ki, McLaren Racing-in rəhbəri Zek Braun sürücüsü Daniel Rikkardonun performansından narazı qalmış və gözləntilərini qarşılamadığını demişdi.

Daniel Rikkardo: “Tənqidlər düzgündür. Ancaq dərim qaralıb, gözəl və qalındır. Heç kim mənə özümdən daha sərt davrana bilməz.

10 və 12-ci yerlər uğrunda mübarizə aparmaq istəmirəm. Hazırda bolidi sürməyə öyrəşirəm. Öz üzərimdə işləyirəm. Komanda da yaxşı olmasını istəyir. Mən də istəyirəm. İşləməyə davam etməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*