23 Oktyabr 2019, Çərşənbə - 14:33

Z.Braun MCL32-nin rəng çalarını müdafiə edib

Z.Braun MCL32-nin rəng çalarını müdafiə edib

Müəllif: Rauf Hacıyev, redaktor

07:47 - 27 Fevral, 2017

McLaren Group-un rəhbəri Zek Braun komandasının yeni rəng çalarları barədə danışıb və onları müdafiə edib.

F-1.az xatırladır ki, McLaren MCL32 qara-narıncı rəng çalarları ilə təqdim edilib. Qeyd edək ki, britaniyalılar uzun müddətdən sonra narıncı rəngə qayıdıblar və bu hal fanlar arasında fikir ayrılıqlarına səbəb olub.

Zek Braun: “Çətin dizayndır. Amma bununla maraqlanan çox adam var idi. Rəng tonu və ahəngi mövzusunda çoxlu ideyalar var idi.

Əsl McLaren fanları bu rənglərin sürətin rəmzi olduğunu anlayacaqlar. Burada parlaq narıncının diqqət mərkəzinə düşdüyünü hesab edirsiniz. Amma sonra bolidə yaxınlaşırsınız və qara rənglə qəribə ahəngi görürsünüz. Zərif və təsiredici bir şey istədik. Televiziya ilə bağlı işlər gördük. Bolidə öndən baxanda narıncı rəng görünəcək, amma dönən zaman tamamilə narıncı olmadığını görəcəksiniz.

Mükəmməl keçmişimiz var və bunu unuda bilmərik. İdarə heyətində bəzi dəyişikliklər görürük. Şirkət loqoları, şirkətlərin adı dəyişir. Bunlar təbiidir. Vaxt keçdikcə restart düyməsinə basırsınız. Bryus MakLarendən sonra MP4-ə keçdilər. İndi də MCL oldu.

Bu həyəcanvericidir. Tariximizlə fəxr edirəm. Bazada gəzərkən, ətrafımda Senna ilə Həkkinenin bolidlərini görməkdən həzz alıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 604
Teqlər , ,
Paylaş

logo