McLaren ilk yarışlarda Petrobrasla işləməyəcək?

McLaren komandası mövsümün əvvəlində Petrobras yanacaqlarından istifadə etməyə bilər.

F-1.az bildirir ki, braziliyalı şirkət mövsümöncəsi testlərə, bəlkə də Avstraliya yarışına qədər yanacaqları çatdırmaya bilər. Komandanın idman direktoru Jil de Ferran da dəqiq vaxt deyə bilməyəcəklərini söyləyib: “İşləri qaydasına qoymaq üçün Petrobras-la bir yerdə işləyirik. Buna görə də dəqiq vaxt demək çətindir. Plan qurarkən bütün çətinlikləri gözə alırıq və bununla mübarizə aparacağımıza əmin oluruq”.

McLaren komandasının rəhbəri Zek Braun da əllərindən gələni edəcəklərini deyib: “Petrobras-la mübasibətlərimiz çox yaxşıdır və yanacağı təkmilləşdirməkçün birlikdə işləyirik. Bu, texniki tərəfdaşlıqdır. Formula1-dəki digər yanacaq istehsalçılarının əksəriyyəti ancaq öz məhsullarını təkmilləşdirməyi düşünür. Petrobras-la Braziliyada birlikdə işləyirik. Münasibətimizin daha da yaxşılaşacağına şübhə etmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*