D.Rikkardo: Tempimizi davam etdirməliyik

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Türkiyədə həmişə maraqlı yarışlar olur.

F-1.az xatırladır ki, avstraliyalı sürücü son yarışlarda McLaren-ə öyrəşib və yaxşı nəticələr qazanmağa başlayıb.

Daniel Rikkardo: “Türkiyəyə geri qayıdırıq. Burada həmişə maraqlı yarışlar olur. Həftəsonuna yaxşı başlamalıyıq. Bunun üçün çox işləmişik. Keçən il oraya uzun müddətdən sonra qayıtmışdıq və əlimizdə çox məlumat yoxdur. Buna görə də cümə günü çox işləməliyik. Mühəndislər Kubokunda üçüncü yer uğrunda mübarizə aparırıq və hər xal çox vacibdir. Rəqiblərimizi geridə qoymaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün ikinci hissəsinə yaxşı başlamışıq və Türkiyədə tempimizi davam etdirmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*