22 Avqust 2019, Cümə axşamı - 17:59

F.Vassyör: “İlk xallar Renault-nun əhvalını yüksəldəcək”

F.Vassyör: “İlk xallar Renault-nun əhvalını yüksəldəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

12:28 - 03 May, 2016

Renault komandasının idman direktoru Frederik Vassyör bildirib ki, Formula1-ə qayıdandan sonra ilk xallarını qazanmaları, onların əhval-ruhiyyəsini yüksəldəcək…

F-1.az xatırladır ki, Renault dekabr ayında Lotus komandasının satın alaraq, 5 ildən sonra Formula1-ə qayıtdı. Fransızlar ilk 3 yarışda xal qazana bilməmişdilər, amma Rusiyada Kevin Maqnussen 7-ci yeri tutaraq, komandasına ilk xallarını qazandırdı.

Frederik Vassyör: “Bu xallar komandanın işçilərinin əhvalını yüksəldəcək, çünki onlar çox işləyirlər.

Bu, irəliyə doğru bir addımdır. “Siz ilk xallarınızı nə vaxt qazanacaqsınız?” sualını geridə qoyduq və bu yaxşı haldır”.

Alan Permeyn: “Haas-ı geridə qoyduq. Maqnussen ilk dövrədə əla nəticə göstərdi və bizim 7-ci yerə yüksəlməyimizə kömək etdi. Daha sonra biz düzgün strategiya seçərək, yerimizi qoruduq.

Bolidin performansı yaxşı idi. Təkərlərə yaxşı nəzarət etdik. Şassi və mühərrik bir yerdə əla işlədilər.

Kevin düzlüklərdə Rikkardonun hücumlarına qarşı əla müdafiə olundu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 596
Teqlər , , , , ,
Paylaş

logo