M.Vebber: Rikkardo yenidən özünə gələcək

Sabiq Formula1 pilotu Mark Vebber bildirib ki, Rikkardo Red Bull-da yenidən güclənə bilər.

F-1.az xatırladır ki, ikiillik bərbad McLaren macərasından sonra idmana fasilə vermək qərarına gəlib və Red Bull komandasına üçüncü pilot kimi transfer olub.

Mark Vebber: “Bu həmlə Rikkardonun idmana olan sevgisini göstərir. O, Renault-da bir az, McLaren-də isə çox pis zamanlar keçirdi. Red Bull-dakı karyerası möhtəşəm idi”.

,