Red Bull sürücüləri Bəhreyndən yüksək nəticə gözləyirlər

Red Bull komandasının sürücüləri Daniel Rikkardo və Daniil Kvyat Bəhreyn yarışı barədə danışıblar və bildiriblər ki, onlar qarşıdakı yarışdan yüksək nəticə gözləyirlər.

F-1.az xatırladır ki, Rikkardo ilk yarışda 4-cü yeri tutub, Kvyat isə ilk yarışda heç start ala bilməyib.

Amma hər iki sürücü də Bəhreyndən əvvəl müsbət yönlü açıqlamalar veriblər.

Daniil Kvyat: “Bəhreyndəki havanı çox bəyənirəm və tras da çox gözəldir. Kənardan baxanda bəsit bir trasa oxşayır, amma çox müasir trasdır. Ona görə də, bütün müasir traslarda olduğu kimi, Bəhreyndə də yaxşı bir dövrə vurmaq çətindir. Həm də, mən gecə yarışlarında özümü kosmosdakı kimi hiss edirəm.

Bəhreyn trasının uzun düzlüyü var və bizə ötmə etmək üçün çoxlu fürsət verir. Dördüncü döngə trasın ən gərgin yerlərindən biridir. Bundan başqa 1, 2 və 8-ci döngələr yarışa həyəcan gətirirlər.

Mən keçmişdə burada problemlərlə üzləşsəm də, mükəmməl trasdır. Keçən il uzun düzlüklərdə sürət problemimiz var idi, amma bu il yaxşı vəziyyətdəyik. Ona görə də, hər iki bolidlə xal almaq istəyirik”.

Daniel Rikkardo: “Məncə, Bəhreyndəki tras çox əyləncəlidir. Orada həmişə yaxşı nəticələr qazanmışam və ötmə etmək üçün əla yerdir. Yarış gecə keçirildiyindən daha da əyləncəli olub. Təkərlərin ömrü uzanır və siz daha çox qaza basa bilirsiniz. Ona görə də bir neçə ildir ki, Bəhreyn mübarizə etmək üçün ən yaxşı yerdir və mən burada çox əylənirəm.

Burada elə də sərt döngə yoxdur və trasın orta hissəsi çox əyləncəlidir. Gecə yarışları həmişə əyləncəli olur. Bilmirəm niyə, amma biz sürətli getdiyimizi hiss edirik.

Ancaq bütün yarışlar gecə keçirilsəydi, bu atmosfer əmələ gəlməzdi. Ona görə də gecə yarışları arada olmalıdır. Tras ötmə üçün çox yaxşıdır. Son döngə də yaxşıdır. Əgər siz rəqibin DRS bölgəsinə düşə bilsəniz, birinci döngədə onu keçə bilərsiniz. Əgər siz birinci döngədə ötmə edə bilməsəniz, səhv etmək ehtimalı olsa da, 4-cü döngədə edə bilərsiniz.

Trasda ötmə etmək üçün 4 yer var. Bu da yaxşı haldır. Tras bizə uyğundur. Son illərdə burada yaxşı nəticələr qazanmışıq. Ümid edirəm ki, bu il də yaxşı nəticə əldə edərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*