Red Bull test proqramını açıqlayıb

Red Bull-un 2017-ci ildəki bolidini ilk olaraq Daniel Rikkardo idarə edəcək.

F-1.az xatırladır ki, Red Bull keçən il mövsümü ikinci yerdə bağlamışdı. Avstriyalılar 2017-ci il bolidi RB13-ü fevralın 26-da təqdim edəcək. “Qırmızı öküzlər” yeni mövsümdə Daniel Rikkardo və Maks Ferstappen cütü ilə yarışacaqlar.

2017-ci ilin ilk mövsümöncəsi testləri fevralın 27-də Barselonada başlayacaq və martın 2-də bitəcək. Red Bull RB13-ü ilk olaraq Daniel Rikkardo idarə edəcək. Ümumilikdə isə, avstraliyalı sürücü testlərin 1-ci və 3-cü, Maks Ferstappen isə 2-ci və 4-cü günlərində sükan arxasına keçəcəklər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*