M.Ferstappen Həmiltona cavab verib

Red Bull komandasının sürücüsü Maks Ferstappen rəqibi Lyuis Həmiltona təhqiramiz sözlərinə görə cavab verib.

F-1.az xatırladır ki, britaniyalı sürücü podiuma gedərkən sürücülər otağında Ferstappenin hücumunu görüb hollandiyalı sürücünü ağır formada təhqir edib.

Maks Ferstappen: “Lyuis o anda boliddən yeni çıxmışdı və onda hər şey ola bilər. Belə anda adrenalin son həddə olur. Bəli, bu adrenalindir”.

Hollandiyalı sürücü əlavə edib ki, hücum edərkən səbirsiz davranmayıb: “Çox yaxın idim. Hücum üçün şansım var idi. Fürsət varkən hücum etdim. Bolidim güclü idi və onun arxasında qalmaq fikrim yox idi. Onlarla mübarizə apara biləcək gücdə idim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*