12 Dekabr 2018, Çərşənbə - 07:10

Azərbaycan-2018: Sıralanma turu

Azərbaycan-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:13 - 28 Aprel, 2018

Çətin konfiqurasiya, sürüşkən asfalt və dar şəhər küçələri – komandalar hər il Bakıda çətin vəzifələrin öhdəsindən gəlməli olurlar. Xüsusilə də, təkərləri işçi rejimə çatdırmaq məsələsində.

Bu il Bakıdakı yarış adət edildiyi kimi iyun ayına yox, aprelin sonuna salınıb. Həftəsonu boyunca hava keçənilki ilə müqayisədə nəzərəçarpacaq qədər sərin olub. Yaydan fərqli olaraq, güclü külək də xüsusilə sıralanma turunda sürücülərə mane olub.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Bottas, ikinci məşqlərdə isə Rikkardo protokollara başçılıq etmişdi. Bu gün isə Fettel hamını üstələyərək sıralanma turu öncəsində komandadakı əhvalı düzəltmişdi.

Pirelli bu il Bakıya keçənilkindən daha yumşaq üç tərkibi – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. Soft təkərlərdən həftəsonu boyunca demək olar ki, istifadə olunmayıb.

Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar. Qrojan ötürmələr qutusunun probleminə görə mübarizəni erkən dayandırıb. Qasli təkəri deşilmiş komanda yoldaşı Hartli ilə toqquşmaqdan son anda yayına bilib. Sürücülərin əksəriyyəti trafikə düşüb. Rəykkönen protokollara başçılıq edib – 1:42.538. Vandorn, Qasli, Eriksson, Hartli və Qrojan növbəti sessiyaya keçə bilməyiblər.

İkinci sessiyada top komandaların sürücüləri SuperSoft təkərlərlə trasa çıxaraq sabahkı yarışa nisbətən sərt tərkiblə başlamağa qərar veriblər. Həmilton SuperSoft-la hamıdan sürətli olub, ikinci cəhdində UltraSoft təkərə keçən Rəykkönen onu üstələyib – 1:42.510. Stroll, Sirotkin, Alonso, Lekler və Maqnussen mübarizəni dayandırıblar.

Son sessiyada Renault sürücüləri işlənmiş, digərləri isə yeni UltraSoft təkərlərlə trasa çıxıblar. Fettelin ilk cəhdi mükəmməl alınıb – 1.41.498. Həmilton ikinci cəhdində nəticəsini yaxşılaşdırıb, lakin çempionatdakı əsas rəqibinə cüzi uduzub. İlk iki sektorun rekordu ilə gedən Rəykkönen 16-cı döngədə ciddi səhvə yol verərək poul qazanmaq şansını əldən verib.

Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında 53-cü poulunu əldə edib. Lyuis Həmilton ikinci, Valtteri Bottas isə üçüncü yerləri tutublar. Top komandaların tempi yaxındır – sabah bizi daha bir möhtəşəm Azərbaycan Qran Prisi gözləyir…

 

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
15Sebastyan FettelFerrari41:42.762761:43.01571:41.4985
244Lyuis HəmiltonMercedes AMG31:42.693721:42.67671:41.6777
377Valtteri BottasMercedes AMG71:43.355731:42.67971:41.8377
43Daniel RikkardoRed Bull51:42.8577101:43.48271:41.9116
533Maks FerstappenRed Bull21:42.642741:42.90161:41.9946
67Kimi RəykkönenFerrari11:42.538711:42.51071:42.4906
731Esteban OkonForce İndia61:43.021651:42.96781:42.5236
811Serxio PeresForce İndia121:43.992781:43.36671:42.5476
927Niko HülkenberqRenault101:43.746871:43.23261:43.0666
1055Karlos SaynsRenault81:43.426891:43.46461:43.3516
1118Ləns StrollWilliams151:44.3599111:43.5857
1235Sergey SirotkinWilliams141:44.2619121:43.8868
1314Fernando AlonsoMcLaren131:44.0108131:44.0198
1416Şarl LeklerSauber111:43.75210141:44.0747
1520Kevin MaqnussenHaas91:43.6749151:44.7595
162Stoffel VandornMcLaren161:44.4898
1710Pyer QasliToro Rosso171:44.4969
189Markus ErikssonSauber181:45.54110
1928Brendon HartliToroRosso191:57.3545
208Roman QrojanHaas202

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 467
Teqlər , , , , , , ,
Paylaş

logo