Ştiriya-2021: Yarış

Red Bull ev yarışına çempionatın lideri kimi gəlib. Onların daha sürətli olması cümə günündən özünü göstərib. Dünən səhər Həmilton daha yaxşı nəticə göstərsə də, sıralanma turunda Mercedesin bir qədər geridə olduğu açıqca görünüb...

F-1.az xatırladır ki, cümə axşamı baş tutan məşqlərdə Maks Ferstappen lider olubdular. Dünənki sərbəst yürüşlərdə isə Lyuis Həmilton hamıdan fərqlənib. Buna baxmayaraq, niderlandlı sürücü sıralanma turunda da uğurlu olaraq, əsas rəqibi Həmiltonu üstələyib və növbəti poulunu əldə edib.

Yarışda ilk cərgəni Ferstappen və Həmilton tutublar. Lyuis buna komanda yoldaşı cəza ucbatından startda 3 yer itirdiyi üçün nail olub. İkinci cərgədə Norris və Peres, üçüncü cərgədə isə Bottas və Qasli qərarlaşıblar.

Pirelli Şpilberqə orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. İlk onluqdan Ferstappen, Həmilton və Bottas orta, qalan sürücülər yumşaq, arxalarda isə Tsunoda yumşaq, Rəykkönen sərt, qalan sürücülər orta təkərlərlə yarışa başlayıblar.

Startda Ferstappen yerini qoruyub, orta sıralarda isə insident olub. Nəticədə, Lekler ön qanadını dəyişməli olub, Latiri plansız-pit stop etmək məcburiyyətində qalıb, asılqanı qırılan Qasli üçün isə yarış başa çatıb.

Ferstappen yavaş-yavaş əsas rəqibindən uzaqlaşmağa başlayıb. Rikkardonun maşını 8-ci dövrədə anidən güc itirib. 3 sürücü onu keçib, bir qədər sonra isə problem aradan qalxıb. Norrisi 10-cu dövrədə Peres, bir dövrə sonra isə Bottas ötüb. 15-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Peres – Bottas – Norris – Stroll – Alonso – Rassell – Tsunoda – Sayns.

Mazepin 23-cü, Covinatsi isə 24-cü dövrədə təkərlərini dəyişib. Lekler Okonu geridə qoyub. Rassell 26-cı dövrədə pit-stop üçün gəlib, onun maşınında pnevmatik təzyiq aşağı düşdüyü üçün, müdaxilə edilib və bu da xeyli vaxt alıb.

27-ci dövrədə Peres, Tsunoda və Latifi, 28-ci dövrədə Bottas, Alonso və Fettel, 29-cu dövrədə Həmilton və Stroll, 30-cu dövrədə isə Ferstappen yeni təkərlərə keçib. Maks trasa lider olaraq qayıdıb. Norris 27-ci dövrədə pit-stop edib, trasa Rəykkönenin arxasında qayıtsa da, onu dərhal keçib. 35-ci dövrədə Şumaxer, 38-ci dövrədə Rəykkönen, Okon və Lekler pit-stop ediblər. Problem aradan qalxmadığı üçün Rassell yarışı yarımçıq dayandırıb. Lekler Rəykköneni də keçib, Sayns və Rikkardo təkərlərini dəyişiblər. 45-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Bottas – Peres – Norris – Stroll – Sayns – Alonso – Tsunoda – Fettel.

Ferrari sürücüləri templərini artırıblar və ardıcıl ötmələrə başlayıblar – Sayns Strollu keçərək altıncı olub, Lekler isə onunculuq mübarizəsində Fetteli məğlub edib. Monakolu sürücü daha sonra Tsunodanı da arxada qoyub. Peres ikinci pit-stopunu edərək strategiyanı dəyişib, sona 16 dövrə qalmış, Bottasdan 18 saniyə geridə trasa qayıdıb. Lekler Alonsonu da üstələyib. Onun növbəti “qurbanı” isə Stroll olub.

Rəykkönen Fetteli keçib. Ferstappenə artıq 17 saniyə uduzan Həmilton isə sürətli dövrə vurmaq üçün Soft təkərlərə keçib. Peres Bottasa sürətlə yaxınlaşsa da, onu keçməyə nail ola bilməyib.

Beləliklə, Maks Ferstappen mövsümdə dördüncü, karyerasında isə 14-cü qələbəsini əldə edib. O, çempionatda xal fərqini 18-ə çatdıraraq liderliyini daha da möhkəmlədib. Lyuis Həmilton ikinci olub, Valtteri Bottas isə podiumu tamamlayıb.

Red Bull da Mühəndislər Kubokunda Mercedes-i artıq 40 xal üstələyir.

Mübarizə gələn həftəsonu elə burada, qaldığı yerdən davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:22:18.925 1
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:35.743 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:46.907 1
4 11 Serxio Peres Red Bull + 0:47.434 2
5 4 Lando Norris McLaren +1 dövrə 1
6 55 Karlos Sayns Ferrari +1 dövrə 1
7 16 Şarl Lekler Ferrari +1 dövrə 2
8 18 Ləns Stroll Aston Martin +1 dövrə 1
9 14 Fernando Alonso Alpine +1 dövrə 1
10 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 1
11 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
12 5 Sebastyan Fettel Aston Martin +1 dövrə 1
13 33 Daniel Rikkardo McLaren +1 dövrə 1
14 31 Esteban Okon Alpine +1 dövrə 1
15 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
16 47 Mik Şumaxer Haas +2 dövrə 1
17 6 Nikolas Latifi Williams +3 dövrə 2
18 9 Nikita Mazepin Haas +3 dövrə 1

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:07.058 (71-ci dövrə, 231.811 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Corc Rasell Williams 38 mexaniki problem
Pyer Qasli AlphaTauri 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 156
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 138
3 11 Serxio Peres Red Bull Racing 96
4 4 Lando Norris McLaren Racing 86
5 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 74
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 58
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 50
8 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 37
9 3 Daniel Rikkardo McLaren Racing 34
10 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 30
11 14 Fernando Alonso Alpine F1 Team 19
12 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 14
13 31 Esteban Okon Alpine F1 Team 12
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 9
15 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 1
16 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Red Bull Racing Honda 252
2 Mercedes AMG Petronas F1 Team Mercedes 212
3 McLaren F1 Team Mercedes 120
4 Scuderia Ferrari Mission Winnow Ferrari 108
5 Scuderia AlphaTauri Honda Honda 46
6 Aston Martin Cognizant F1 Team Mercedes 44
7 Alpine F1 Team Renault 31
8 Alfa Romeo Racing ORLEN Ferrari 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*