S.Fettel: Şumaxerlə müqayisə doğru deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mixael Şumaxerlə müqayisə olunması doğru deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü karyerasına yeni başladıqda, əksəriyyət onu yerlisi Şumaxerlə və müqayisə edir və ona “balaca Şumi” deyirdilər.

Sebastyan Fettel: “Müqayisə aparmaq mənasızdır. Dövrlərimiz və çıxış etdiyimiz komandalar fərqli idi. Mixaelin öz missiyası var idi. Mixael 2010-cu ildə Formula1-ə qayıdanda yaşlı idi və ondan əvvəl üçillik fasilə vermişdi. Ancaq mənim karyeram davam edir. Sadəcə komandamı dəyişirəm.

Həmişə gərək yüksək hədəflər seçəsiniz. Buna görə də Lourens Strolla hədəflərimiz üst-üstə düşür.

Hazırda Racing Point-lə əlaqəm yoxdur və yeni maşınlarını hələ də görməmişəm. Onsuz da buna icazə yoxdur, çünki Ferrari-nin sürücüyəm.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*