J.Todt: Şumaxer üçün darıxmıram

FİA-nın prezidenti Jan Todt bildirib ki, Mixael Şumaxerlə birlikdə yarışlara baxır.

F-1.az xatırladır ki, əfsanəvi Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəza etmiş və kəllə-beyin travması almışdı. O gündən bəri yeddiqat Dünya Çempionu barədə çox məlumat verilmir. Onun səhhəti ilə bağlı vəziyyəti gizli saxlanılır.

Jan Todt: “Mixael üçün darıxmıram, çünki onu görürəm. Ancaq keçmişdə onunla etdiklərimiz üçün darıxıram. Mixael ilə yarışa baxırıq.

Mik son iki yarışda xal qazandı və sevincliyəm. O, böyük təzyiq altında idi. Ona olan tənqidlər haqsız idi. Ümid edirəm ki, güclü maşın sürər. O zaman çempionluq uğrunda mübarizə apara bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*