18 Avqust 2019, Bazar - 17:43

M.Uebber: “Mən bu il karyeramı başa vurmağa hazırlaşmıram”

M.Uebber: “Mən bu il karyeramı başa vurmağa hazırlaşmıram”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:53 - 04 Mart, 2013

Red Bull komandasının gənc sürücülər proqramı tərəfindən pressinqə və Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko tərəfindən tənqidlərə baxmayaraq, Mark […]

Red Bull komandasının gənc sürücülər proqramı tərəfindən pressinqə və Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko tərəfindən tənqidlərə baxmayaraq, Mark Uebber istefaya getməyə hazırlaşmır. Avstraliyalı sürücü bir neçə ildir Red Bull-la yalnız birillik müqavilələr bağlayır və bu, sürücünü tam qane edir…

Mark Uebber: “Mən əvvəlki tək sürətliyəm, uğur qazanmaq istəyirən və özümüm 22 yaşında olduğum kimi hiss edirəm? Bəlkə də, yox. Amma daha sakit və müdrik olmuşam? Əlbəttə, bəli. Məsələn, keçən il mən Monako Qran Prisində qələbə qazana bildim. Bu, çətin bir yarış idi, amma mən trasda baş verən hadisələri daim nəzarətdə saxlayaraq finişə çata bildim.

Mən Formula1 sürücülərindən yaşda böyükəm, amma Censon Batton məndən çox yarış keçirib! Hərçənd, bunu heç bir mahiyyəti yoxdur. Əgər Mixael Şumaxer karyerasınıd avam etdirsəydi, mənim dünyagörüşüm dəyişərdimi? Mən özümü hələ də 25 yaşıda olduğum kimi hiss edirəm. Mən bilirəm ki, peletonda hamıdan yaşlıyam, amma özümü çox cavan hiss edirəm. Formula1 maşınını sürmək məni yormur. Mən tam qaydasındayam və bu il karyeramı başa vurmağa hazırlaşmıram. Son dörd ildə mən Red Bull-la dörd birillik müqavilə imzalamışam, hətta titul uğrunda mübarizə apardığım müövsümdə də.

Əlbəttə, Helmut Markonun şərhləri mənim xoşuma gəlmir, amma onun öz planları var, mən isə bu planlara uyğun gəlmirəm. Mən heç vaxt Red Bull-un gənc sürücülər proqramında olmamışam. Hər bir kəsin öz şəxsi rəyi var.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 334
Teqlər , , , ,
Paylaş

logo